BAKI, 17 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltona məxfi məlumatların qanunsuz ötürülməsi ilə bağlı ittiham irəli sürülüb.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məhkəmə mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ittihamlar Merilend ştatında böyük münsiflər heyəti tərəfindən təqdim olunub.
Mənbələrin bildirdiyinə görə, Bolton məxfi məlumatları həyat yoldaşı və qızı ilə elektron poçt vasitəsilə paylaşmaqda şübhəli bilinir.