BAKI, 17 oktyabr. TELEQRAF
Venesuela Prezidenti Nikolas Maduro ABŞ administrasiyasının Mərkəzi Kəşfiyyat İdarəsinin Bolivar Respublikasına qarşı subversiv fəaliyyət aparmasına icazə verməsini sərt tənqid edib.
Teleqraf xəbər verir ki, Maduro bu barədə "Venezolana de Televisión" telekanalının efirində deyib.
O bildirib ki, ABŞ hökuməti açıq şəkildə göstərir ki, CIA Venesuelada hakimiyyəti devirmək və ölkəni zəiflətmək üçün əməliyyatlar aparır. O xatırladıb ki, Latın Amerikasında baş vermiş bütün hərbi çevrilişlər CIA-nın iştirakı ilə həyata keçirilib və bu fakt ABŞ hökumətinin deklassifikasiya edilmiş sənədlərində əks olunub.
Prezident əlavə edib ki, ABŞ xüsusi xidmət orqanları Venesuelada subversiv fəaliyyətlərini dayandırmayıb və ölkəsi açıq sui-qəsdi, müdaxiləçi siyasəti dəf edərək, xalqın sülh və sabitlik hüququnu qoruyacaq.