BAKI, 16 oktyabr. TELEQRAF
“Vətənə dönüş” dövlət proqramı çərçivəsində ABŞ-dən 15 minə yaxın venesuelalı miqrant ölkəsinə qayıdıb.
Teleqraf xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro Milli Suverenlik və Sülh Şurasının iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin fevralından bəri 77 reyslə ümumilikdə 14 947 nəfər ABŞ-dən Venesuelaya repatriasiya edilib.
Dövlət başçısı qeyd edib ki, həmin şəxslər “həbsxanalardan və oğurluq hallardan xilas edilərək dünyadakı ən gözəl ölkəyə Venesuelaya qayıdıblar”. O, ABŞ hökumətini venesuelalı miqrantları cinayətkar qruplaşmalarla əlaqələndirməkdə ittiham edərək bu cür bəyanatları dərhal dayandırmağa çağırıb.
“Venesuela qanunlara hörmət edən, həmrəy və humanist vətəndaşlara malik dövlətdir,” - deyə Maduro vurğulayıb.