BAKI, 16 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin artıq Çinlə ticarət müharibəsi apardığını açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu fikri Ağ Evdə keçirilən mətbuat konfransında səsləndirib.
O, Vaşinqtonla Pekin arasındakı münasibətlərin ticarət müharibəsinə çevrilə biləcəyi barədə suala cavabında “Biz artıq belə bir müharibə aparırıq” deyib.
Oktyabrın 14-dən etibarən ABŞ Çin istehsalı olan ağac məhsullarına, mebellərə və mətbəx şkaflarına yeni rüsumlar tətbiq edib. Bu qərarın mənzil tikintisinin maya dəyərini artıracağı gözlənilir. Bundan əlavə, Çin və ABŞ bir-birinin gəmilərinə liman haqlarını artıran yeni rüsum mərhələsinə də başlayıblar.