BAKI, 14 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Çin mallarına əlavə 100 faiz rüsum tətbiq edəcəyinə dair bəyanatlarına baxmayaraq Çin və ABŞ nümayəndə heyətləri ikitərəfli ticarət-iqtisadi məsləhətləşmələr çərçivəsində danışıqları davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, bazar ertəsi iki ölkənin ticarət qurumları arasında işçi səviyyəsində görüş keçirilib. Bu məlumat Pekinin ABŞ hökumətinin nadir torpaq metalları üzrə ixrac nəzarətinin sərtləşdirilməsi ilə bağlı telefon danışıqlarından imtina etdiyi barədə iddialardan sonra yayılıb.