BAKI, 13 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Şarm əş-Şeyxdə Qəzza Sammiti çərçivəsində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Teleqraf xəbər verir ki, Tramp Türkiyə lideri ilə dostluğu yüksək dəyərləndirdiyini qeyd edib.
"Türkiyədən olan bu bəy dünyanın ən güclü ordularından birinə sahibdir, özünün iddia etdiyindən qat-qat güclü orduya. O, şan-şöhrət axtarmır, sadəcə dinclik istəyir. O, möhkəm insandır, mənim həmişə dostum olub və hər dəfə ona ehtiyacım yarandığı zaman yanımda olub", - Tramp deyib.