BAKI, 11 oktyabr. TELEQRAF
Belarusda Silahlı Qüvvələrin Baş Komandanının göstərişi ilə hərbi bölmələrin döyüş hazırlığı yoxlanılır və onların hazırlıq səviyyəsi ən yüksək səviyyəyə qaldırılır.
Teleqraf xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yoxlamalar ordunun döyüş qabiliyyətinin artırılması və əməliyyat hazırlığının təmin olunması məqsədilə həyata keçirilir.