BAKI, 11 oktyabr. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı şiə təşkilatı Hizbullaha məxsus infrastruktura zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İDF mətbuat xidməti bəyanat yayıb.

“İD Livanın cənubundakı ərazidə terror infrastrukturunun bərpası üçün istifadə olunan mühəndis avadanlığının yerləşdiyi ərazidə Hizbullah infrastrukturuna zərbələr endirib və məhv edib”, - qeyd olunub.

İDF vurğulayıb ki, bölgədə texnikanın olması və Hizbullahın fəaliyyəti İsrail və Livan arasında razılaşmaların pozulmasıdır.