BAKI, 10 oktyabr. TELEQRAF
Böyük Britaniya, Fransa və Almaniya Rusiya aktivlərinin müsadirə edilməsi imkanlarını araşdırırlar.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmerin ofisindən bildirilib.
Qeyd olunur ki, Fransa və Almaniya liderləri ilə danışıqlarda Starmer müharibəni dayandırmaq və Ukraynada ədalətli sülhün bərqərar olması üçün dondurulmuş Rusiya aktivlərindən tam istifadə üçün üç ölkənin birliyinin vacibliyini vurğulayıb .
Məlumata görə, Emmanuel Makron, Friedrix Merz və Keir Starmer artıq Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmaq barədə razılığa gəliblər. Yaxın gələcəkdə yeni sanksiyaların tətbiqi planlaşdırılır.