BAKI, 10 oktyabr. TELEQRAF

Venesuelada ABŞ-nin mümkün hərbi müdaxiləsinə qarşı hazırlıqlara start verilib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı “Şepot Fronta” teleqram kanalı yayıb.

Paylaşılan fotolarda ölkənin paytaxtına aparan yolların girişində yol baryerləri və blokpostların qurulduğu görünür.

Məlumata görə, bu addımlar ABŞ tərəfindən regionda hərbi aktivliyin artmasından sonra atılıb. Qeyd olunur ki, ABŞ Silahlı Qüvvələri yaxın günlərdə Venesuela sahillərində beynəlxalq sularda bir gəmiyə zərbə endirib. Rəsmi versiyaya əsasən, həmin gəmi narkotik qaçaqmalçılığı və terror təşkilatları ilə əlaqədə şübhəli bilinirdi.

Rəsmi Karakas isə ABŞ-nin hərbi fəaliyyətini “suverenliyə təhdid” kimi qiymətləndirib.