BAKI, 9 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hökumətin bağlanmasında yenidən demokratları günahlandırıb.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, Tramp hökumətin bağlanması nəticəsində administrasiyasının hökumət proqramlarını azaltmağa davam edəcəyini açıqlayıb.

"Demokratların hazırladıqları xeyli proqramları maliyələşdirməkdən imtina edəcəyik. Həmin proqramlar respublikaçılar üçün populyar deyil. Bunu onlar istədilər", - Tramp deyib.

Qeyd edək ki, ABŞ Senatı 9 oktyabrdan yeddinci dəfə hökumətin maliyyələşdirilməsinə dair qətnamə layihələrini qəbul edə bilməyib.

Layihənin qəbulu üçün 60 səs lazımdır.

Oktyabrın 1-də Senat büdcə qanun layihəsini razılaşdıra bilmədiyi üçün ABŞ hökuməti fəaliyyətini dayandırıb. Hökumətin maliyyələşdirilməsinin dayandırılmasına (şatdaun) səbəb demokratlar və respublikaçılar arasında səhiyyənin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılığı olub.