BAKI, 9 oktyabr. TELEQRAF

Birləşmiş Ştatlar hələ Ukraynaya verilməmiş güclü silah sistemlərinə malikdir. Bu silahlar qarşı tərəfə ciddi ziyan vurmağa qadirdir.

Teleqraf xəbər verir ki, bunu Latviyada keçirilən təhlükəsizlik konfransında çıxış edən ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

“Bir sıra güclü silahlar var ki, onları hələ Ukraynaya verməmişik, lakin lazım gələrsə, onları verəcəyik", - diplomat bildirib.

Oktyabrın 7-də ABŞ prezidenti Donald Tramp Ukraynaya “Tomaqavk” raketlərinin göndərilməsi ilə bağlı qərar qəbul etdiyini açıqlayıb. Bununla belə, o qeyd edib ki, ilk növbədə raketlərin təyinatı ilə bağlı Kiyevdən təminat lazımdır.