BAKI, 9 oktyabr. TELEQRAF

İsrail ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə həyata keçirilən Fələstin–İsrail münaqişəsinin həlli üzrə sülh planının ilk mərhələsi çərçivəsində Qəzza zolağının 53 faizinə nəzarəti saxlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, İsrail hökumətində razılaşmanın təsdiqindən sonra ordu 24 saat ərzində qüvvələrini HƏMAS ilə razılaşdırılmış xəttə geri çəkməlidir.

“Qoşunların çıxarılmasından sonra İsrail Qəzza zolağının təxminən 53 faizinə nəzarəti saxlayacaq”, – nəşr qeyd edib.