BAKI, 9 oktyabr. TELEQRAF
Fələstinin HƏMAS hərəkatı tərəfindən Qəzza zolağında saxlanılan israilli girovlar oktyabrın 11 və ya 12-də azad ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın Qəzza sülh planının birinci fazası ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlayandan sonra İsrailin baş naziri Benyamin Netanyahu Fələstin anklavında saxlanılan bütün girovların geri qaytarılmasına ümid etdiyini bildirib.