BAKI, 7 oktyabr. TELEQRAF

Ukraynada 1,3 milyon nəfərə veteran statusu verilib.

Teleqraf xarici mediaya istinadla xəbər verir ki, Ukraynada veteran kimi tanınan şəxslərin ümumi sayı 1 milyon 326 min 552 nəfərə çatıb.

Müharibədən əvvəl bu göstərici 550 min civarında olub. Artım əsasən son illərdə baş verib. 2023-cü ildə 324 min nəfərə, 2024-cü ildə 267 min nəfərə, 2025-ci ilin yanvar–sentyabr aylarında isə 165 min nəfərə veteran statusu verilib.

Qeyd edək ki, Ukraynada sentyabr ayında ölkə əhalisinin sayının 28,7 milyon nəfər olduğu açıqlanıb.