BAKI, 6 oktyabr. TELEQRAF
İranın Fars vilayətinin cənub hissəsində Pazan yatağında təxminən 280 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu haqda İranın neft naziri Möhsün Paknejad məlumat verib.
“Bu yatağın ehtiyatları 10 trilyon kub fut qaz təşkil edir (təxminən 283 milyard kubmetr) və yaxın illərdə ölkənin enerji balanssızlığının həllində əhəmiyyətli rol oynaya bilər”, - nazir bildirib.
Bu ehtiyatların hasilatına başlamaq ən azı 40 ay sonra mümkün olacaq.