BAKI, 5 oktyabr. TELEQRAF

Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampla telefonla danışığı zamanı Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə təşəbbüsü irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius bildirib.