BAKI, 5 oktyabr. TELEQRAF

ABŞ-nin Alabama əyalətində baş verən silahlı qarşıdurma zamanı 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, hadisə Alabama əyalətinin Montgomeri bölgəsindəki gecə klublarının birində qruplaşmalar arasında baş verib.

Polis hadisəni araşdırır, həbs edilən yoxdur.