BAKI, 4 oktyabr. TELEQRAF
Fələstin hərəkatı HƏMAS daxilində girovların azad olunması şərtləri ilə bağlı yekdil mövqe yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazır.
“HƏMAS girovların azad edilməsi və silahların təhvil verilməsi məsələsində konsensusa gələ bilməyib”, - məqalədə qeyd olunur.
Məlumata görə, hərəkat ABŞ prezidenti Donald Trampın sülh planının ümumi müddəaları ilə razılaşsa da, növbəti addımların necə atılacağı mövzusunda daxildə ciddi fikir ayrılıqları davam edir.