BAKI, 4 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsraili Qəzza sektoruna bombardmanları dərhal dayandırmağa çağırıb.

Teleqraf xəbər verir ki, o, bu çağırışını öz "Truth Social" şəbəkəsində paylaşıb.

Bu addım HƏMAS-ın onun sülh planına reaksiyasından sonra zəruri sayılıb.

Tramp qeyd edib ki, hücumların dayandırılması girov götürülənlərin təhlükəsiz şəkildə çıxarılması üçün vacibdir. O həmçinin bildirib ki, HƏMAS uzunmüddətli sülhə hazır ola bilər.