BAKI, 3 oktyabr. TELEQRAF

Kanadanın Baş naziri Mark Karni oktyabrın 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Teleqraf xəbər verir ki, görüşdə iqtisadi və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Bu, Mark Karninin Kanadanın Baş naziri kimi ABŞ-a ikinci səfəridir.