BAKI, 2 oktyabr. TELEQRAF

Fələstinin HƏMAS hərəkatı döyüşü uduzub və ABŞ Prezidenti Donald Trampın təklif etdiyi plana əsasən, "kapitulyasiya"nı qəbul etməlidir.

Teleqraf xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib.

Onun sözlərinə görə, HƏMAS fələstinlilərin üzləşdiyi fəlakətə görə çox ağır məsuliyyət daşıyır. O məğlub oldu. HƏMAS öz təslimiyyəti ilə barışmalıdır", - Jan-Noel Barrot Səudiyyə Ərəbistanında "Agence France-Presse" xəbər agentliyinə bildirib.

Çərşənbə axşamı Tramp HƏMAS-a Qəzza ilə bağlı ABŞ-nin dəstəklədiyi sülh planını qəbul etmək üçün 3-4 gün vaxt verib.