BAKI, 2 oktyabr. TELEQRAF
"Uzaq mənzilli "Tomaqavk" raketləri müasir silah olmasa da, hələ də kifayət qədər güclüdür".
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 22-ci illik iclasının plenar iclasında çıxışı zamanı deyib.
Putin qeyd edib ki, “Tomaqavk” raketlərinin Ukrayna ordusuna mümkün tədarükü Moskva və Vaşinqton arasında münasibətlərə xələl gətirəcək, çünki bu raketlərin Amerika hərbçilərinin iştirakı olmadan istifadəsi mümkün deyil: "Hətta "Tomaqavklar"ın Kiyevə çatdırılması belə, xüsusi əməliyyat zonasında döyüş meydanında vəziyyəti dəyişməyəcək".