BAKI, 2 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynaya tədarük üçün NATO üzv dövlətlərinə silah satmağa davam edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt "Fox News" telekanalına müsahibəsində bildirib.
“Prezident açıq şəkildə bildirdi ki, biz NATO-ya silah satmağa davam edəcəyik ki, NATO Ukraynaya həmin silahları tədarük etməyə davam edəcək”, - o deyib.
Sentyabrın 28-də ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ağ Evdə Tomaqavk raketlərinin NATO üzvü olan digər ölkələrə tədarük imkanını müzakirə etdiyini açıqlayıb. Bu ölkələrdən də öz növbəsində onları Kiyevə köçürmələri tələb olunacaq .
“The Wall Street Journal” yazır ki, Donald Tramp administrasiyası ilk dəfədir Rusiyadakı enerji obyektlərinə raket zərbələri endirmək üçün Ukraynaya kəşfiyyat məlumatı verməyə hazırdır. Qəzetin mənbələri bildiriblər ki, Tomaqavk və Barrakuda da daxil olmaqla uzaq mənzilli raketlərin tədarükü imkanları da müzakirə olunur.