BAKI, 26 sentyabr. TELEQRAF

NATO Rusiya təyyarələrinin alyansın hava məkanına ehtimal olunan müdaxilələrinə mümkün reaksiya ilə bağlı qeyri-müəyyənliyi qoruyub saxlamaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte bildirib.

O qeyd edib ki, NATO bu məsələyə hər zaman bir qədər ikimənalı yanaşacaq, çünki Rusiya Prezidenti Vladimir Putinin çox şey bilməsini istəmir. Rütte əmin edib ki, NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsinin pozulması barədə həm alyans, həm də Vladimir Putin xəbər tutacaq.