BAKI, 23 sentyabr. TELEQRAF

Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmək hələ tezdir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi brifinqdə deyib.

"Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsi barədə danışmaq hələ tezdir, bu haqda bir az sonra danışa bilərik", - deyə Tramp əlavə edib.