BAKI, 23 sentyabr. TELEQRAF

Sentyabrın 25-nə keçən gecə Belarusla sərhəddə bağlanmış buraxılış məntəqələri yenidən fəaliyyət göstərəcək.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk bildirib.

Qeyd edək ki, sərhəd-keçid məntəqələri sentyabrın 12-dən Rusiya və Belarusun birgə keçirdiyi "Qərb-2025" hərbi təlimləri ilə əlaqədar bağlanmışdı.