BAKI, 22 sentyabr. TELEQRAF

Müttəfiqlərimizin, o cümlədən Böyük Britaniya, Avstraliya və Kanadanın Fələstin dövlətini tanınması formallıqdır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nömayəndəsi deyib.

“Bizim ciddi diplomatiya ilə məşğul oluruq, formal jestlərlə yox. Prioritetlərimiz aydındır: girovların azad edilməsi, İsrailin təhlükəsizliyinin və bütün region üçün sülh və rifahın təmin edilməsi. Bunlar yalnız region HƏMAS-dan azad olduqdan sonra mümkün olacaq”, - o söyləyib.