BAKI, 17 sentyabr. TELEQRAF

Amerikalı mühafizəkar fəal Çarli Kirkin qətli ilə bağlı növbəti məhkəmə prosesi sentyabrın 29-da keçiriləcək.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, bu barədə hakim Toni Qraf məlumat verib.

Kirkin qətlində təqsirləndirilən şəxs Tayler Ceyms Robinson növbəti iclasda onlayn iştirak edəcək.

Qeyd edək ki, Çarli Kirk sentyabrın 10-da Valley Universitetində üç min tamaşaçı qarşısında çıxışı zamanı güllələnib. Polisin məlumatına görə, atəş yaxınlıqdakı kampusun damından açılıb. Siyasi fəal ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, xilas edilə bilməyib.