BAKI, 12 sentyabr. TELEQRAF

Polşa Belarusla sərhəd keçid məntəqələrini bağlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Marçin Kervinski mətbuat konfransında çıxışı zamanı bildirib.

“Gecə yarısı Belarusla sərhəddə gediş-gəlişi dayandırdıq. Bu, “Qərb-2025” təlimləri ilə əlaqədardır. Hərəkət yalnız polşalıların təhlükəsizliyinin təmin olunduğuna əmin olduğumuz zaman bərpa olunacaq. İqtisadi baxımdan, sərhəddə hərəkətin mümkün qədər tez bərpa olunması üçün əlimizdən gələni edəcəyik", - nazir deyib.

Xatırladaq ki, Rusiya və Belarusun birgə "Qərb-2025" hərbi təlimləri sentyabrın 12-dən 16-dək davam edəcək.