BAKI, 11 sentyabr. TELEQRAF

Böyük Britaniya Polşada əlavə NATO qüvvələrinin yerləşdirilməsini dəstəkləməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Baş Naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığında bildirib.

O qeyd edib ki, Böyük Britaniya Polşada NATO qüvvələrinin hər hansı əlavə yerləşdirilməsini dəstəkləməyə hazırdır.