BAKI, 11 sentyabr. TELEQRAF
ABŞ səfirliyi yaxın gələcəkdə Minskdə (Belarus) fəaliyyətini bərpa edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidentinin nümayəndəsi Con Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bu gün keçirilən görüşündən sonra bildirib.
"Mən biliriəm ki, biz istəyirik səfirlik geri qayıtsın. Mən bilirəm ki, o qayıdacaq. Bu yaxın gələcəkdə baş verəcək məsələdir. Biz səfir istəyirik, səfirliyin tam heyəti burada olsun istəyirik və bunun üzərində çalışacağıq",- o qeyd edib.