BAKI, 11 sentyabr. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Con Koul ilə Minskdə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.

Bildirilir ki, görüşdə Belarus-ABŞ münasibətləri, qlobal vəziyyət, müharibə və sülh mövzuları müzakirə edilib.