BAKI, 11 sentyabr. TELEQRAF

Polşa hakimiyyəti sentyabrın 12-dən Belarusla sərhəddə fəaliyyət göstərən son beynəlxalq buraxılış məntəqələrini də bağlayacağı barədə Minskə rəsmi bildiriş göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, keçid məntəqələrinin fəaliyyətinin nə vaxt bərpa olunacağı barədə məlumat sonradan veriləcək.