BAKI,10 sentyabr. TELEQRAF

Ukraynanın müdafiə sənayesi obyektlərinə qarşı həyata keçirilən kütləvi hücum zamanı Polşa ərazisində hər hansı hədəfin vurulması planlaşdırılmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hücumda istifadə olunan PUA-ların maksimal uçuş məsafəsi 700 kilometrdən artıq deyil və onların Polşa sərhədini keçməsi mümkün deyil.

Rusiya tərəfi əlavə edib ki, məsələ ilə bağlı Polşa Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmağa hazırdır.