BAKI, 10 sentyabr. TELEQRAF

Dünən gecə göstərdi ki, biz NATO ərazisini, o cümlədən hava məkanının hər qarışını müdafiə edə bilirik.

Teleqraf xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rütte Polşaya məxsus hava məkanının Rusiya PUA-ları tərəfindən polumasını şərh edərkən bildirib.

“Dünən gecə Rusiyaya məxsus çoxsaylı pilotsuz uçuş aparatları Polşanın hava məkanını pozub. Polşanın hava hücumundan müdafiə sistemi işə salınıb və NATO ərazisinin qorunması təmin edilib. Əməliyyata Polşa ilə yanaşı bir neçə müttəfiq ölkə də cəlb olunub",- o qeyd edib.