BAKI, 9 sentyabr. TELEQRAF
Ukrayna Donetsk vilayətinin Yarova kəndinə Rusiya ordusunun endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 23-ə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
***
14:05
Ukraynanın Donetsk vilayətinin Yarova kəndində Rusiya tərəfindən həyata keçirilən hava zərbəsi zamanı mülki sakinlər hədəfə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, hücum pensiyaların paylandığı zaman baş verib.
"İlkin məlumata görə, 20-dən çox insan ölüb. Dünya susmamalıdır. Dünya hərəkətsiz qalmamalıdır. ABŞ-nin, Avropanın reaksiyası lazımdır".