BAKI, 4 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqlərinə Rusiyadan neft almamağı tövsiyə edib.

Teleqraf xəbər verir ki, bunu Tramp Parisdə “Könüllülər Koalisiyası”nın iclasının iştirakçıları ilə telefon danışığı zamanı bildirib.

O qeyd edib ki, Avropa ölkələri Rusiyadan neft almağı dayandırmalıdır.