BAKI, 2 sentyabr. TELEQRAF
Husilər pilotsuz uçuş aparatları (PUA) ilə dörd obyektə, o cümlədən İsrail ordusu Baş Qərargahının binasına hücum ediblər.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sariya husilərə məxsus "Al Masirah" telekanalının efirində bildirib.
O qeyd edib ki, PUA-lar Ben Qurion hava limanını, Aşdod dəniz limanını və Tel-Əvivdəki elektrik stansiyasını hədəf alıb.
Onlar həmçinin Qırmızı dənizdə "MSC ABY" gəmisinə raket hücumu etdikləri barədə də məlumat veriblər.