BAKI, 27 avqust. TELEQRAF

ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff yaxın günlərdə Ukrayna nümayəndələri ilə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “Fox News” telekanalı məlumat yayıb.

Uitkoffun sözlərinə görə, o, bu həftə Nyu-Yorkda Ukrayna nümayəndələri ilə görüşəcək. Xüsusi nümayəndə bu görüşü "çox ciddi siqnal" adlandırıb.

Uitkoff vurğulayıb ki, ABŞ-Ukrayna münaqişəsinin həllinə nail olmaq üçün Rusiya ilə hər gün dialoq aparır.