BAKI, 23 avqust. TELEQRAF

Almaniya hökuməti Rusiya və Belarus vətəndaşlarına humanitar vizaların verilməsini bərpa edəcəyini vəd edib.

Teleqraf xəbər verir ki, məlumatı Qərb mediası yayıb.

Almaniyanın Xarici İşlər Nazirliyi viza proqramının nə vaxt bərpa olunacağı barədə konkret açıqlama verməyib.