BAKI, 22 avqust. TELEQRAF

2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimi dekabrın 5-də Vaşinqtonda yerləşən Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzində keçiriləcək.

Teleqraf xəbər verir ki, bu bəyanatla ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı bildirib.

Xatırladaq ki, futbol üzrə 23-cü dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada təşkil ediləcək.