BAKI, 20 avqust. TELEQRAF

Rusiya ordusu “Geran-2” tipli pilotsuz uçuş aparatları ilə Ukraynanın Odessa vilayətində yerləşən Triton neft anbarına hücum təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı Rusiya müharibə müxbirlərinə istinadla məlumat yayıb.

Məlumata görə, zərbələr əsasən İzmaildəki yanacaq-logistika infrastrukturuna yönəlib. Hücum nəticəsində 6-dan çox dizel çəni sıradan çıxıb, "Excellion" adlı neft-kimya tankeri zədələnib.

Şahidlərin sözlərinə görə, neft bazasında 30-dan çox partlayış səsi eşidilib.