BAKI, 20 avqust. TELEQRAF
Basketbol üzrə Fələstin yığma komandasının sabiq üzvü Məhəmməd Şalan Qəzza zolağında öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.
Məlumata görə, 40 yaşlı sabiq basketbolçu Xan Yunis şəhərinə humanitar yardım apararkən, İsrail ordusu tərəfindən vurulub.
