BAKI, 19 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, onun administrasiyası Venesueladan narkotik qaçaqmalçılığını dayandırmaq üçün bütün lazımi vasitələrdən istifadə etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
Ağ Ev rəsmisi bildirib: “Prezident Tramp Venesuela ilə bağlı çox aydın və ardıcıl çıxış edib. O, ölkəmizə narkotik axınını dayandırmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün ABŞ-nin sərəncamında olan bütün vasitələrdən istifadə etməyə hazırdır. Administrasiyamızın fikrincə, Nikolas Maduro qanuni prezident deyil. O, ABŞ-də narkotik qaçaqmalçılığına görə ittiham olunan kartelin qaçaq lideridir”.