BAKI, 19 avqust. TELEQRAF
ABŞ lideri Donald Trampın administrasiyası Ukraynanın təhlükəsizlik zəmanətlərinin təminatında iştirak etməyə hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
"Düşünürəm ki, son bir neçə gündə ən mühüm irəliləyiş ABŞ-nin (Ukraynanın - red.) təhlükəsizlik zəmanətlərinin təmin edilməsində aydın öhdəlik götürməsi oldu", - Makron “NBC News” telekanalına müsahibəsində bildirib.
Onun fikrincə, belə zəmanətlər Ukrayna və Avropa üçün həyati əhəmiyyətlidir.
"Beləliklə, son bir neçə gündə mühüm irəliləyiş ABŞ-nin indi bunda iştirak etməyə hazır olmasıdır", - Makron əlavə edib.