BAKI, 19 avqust. TELEQRAF
Bu gün Ukrayna ərazisi müzakirə olunmayıb.
Teleqraf xəbər verir ki, bunu Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Baş katibi Mark Rütte Ağ Evdə Avropa liderləri ilə ABŞ Prezidenti Donald Tramp və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında çoxtərəfli görüşü şərh edərkən bildirib.
"Bu gün bunu müzakirə etmədik, çünki bu məsələ Prezident Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinin və ABŞ lideri Donald Trampın iştirak edəcəyi potensial üçtərəfli görüşdə müzakirə etməli olduğu məsələdir", - o söyləyib.
Onun sözlərinə görə, hər hansı ərazinin müzakirə olunması üçün təhlükəsizlik zəmanətləri olmalıdır.
"Koalisiyaya daxil olan hər bir ölkə bu zəmanətlərin nə məna kəsb edəcəyi barədə razılığa gəlməlidir", - o əlavə edib.