BAKI, 18 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı təklifi potensial sülh sazişinin təmin edilməsində irəliləyişdir.

Teleqraf xəbər verir ki, bu fikri NATO-nun Baş katibi Mark Rütte Ağ Evdə Avropa liderləri ilə Donald Tramp və Volodimir Zelenski arasında çoxtərəfli görüşdə səsləndirib.

"Sizin “Mən təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazıram” deməyiniz böyük addımdır, bu, həqiqətən də, irəliləyişdir və böyük fərq yaradır. Buna görə də təşəkkür edirəm” - NATO-nun baş katibi söyləyib.

Rütte həmçinin Rusiya Prezidenti Vladimir Putini sülh danışıqlarına cəlb etməklə "dalana dirənmiş vəziyyəti aradan qaldırdığı" üçün Ağ Ev rəhbərinə təşəkkür edib.