BAKI, 14 avqust. TELEQRAF

Polşa “F-16” qırıcılarını təkmilləşdirmək üçün ABŞ ilə 3,8 milyard dollarlıq müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışa istinadən xəbər yayıb.

Polşalı nazir bildirib: “ABŞ istehsalı olan 48 döyüş təyyarəmiz əsaslı modernizasiyadan keçəcək. Biz irəliyə doğru daha bir addım atırıq. Qarşıdakı illərdə orduya daha çox pul xərcləyəcəyik".

“Bloomberg” qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Polşa yenidən silahlanma proqramına başlayıb. Şərqi Avropa ölkəsi son illər ABŞ və Cənubi Koreyadan əhəmiyyətli dərəcədə hərbi texnika alıb.