BAKI, 14 avqust. TELEQRAF

Böyük Britaniya Rusiya əleyhinə növbəti sanksiyalar paketini hazırlamağa başlayıb.

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.

Starmer bildirib: “Rusiyaya iqtisadi sahədə sanksiyalar tətbiq olunacaq. Lazım gələrsə daha geniş tədbirlər vasitəsilə təzyiqi artırmağa hazırıq. Belə təzyiqlərin nəticələrini görürsünüz. Böyük Britaniyada yeni sərt sanksiyalar paketi hazırlanır".